Əsas Səhifə > Güney Press > BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb


Dünən, 13:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025/2026-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2025/2026-cı tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.
"DİA-AZ" xəbər verir ki, Prezident təqaüdünə layiq görülən gənclərdən 16-sı Bakı Dövlət Universitetinin (BDU) tələbəsidir.
Onların siyahısını təqdim edirik:
1. Çiçək Hümmətli
2. Gülay İbrahimli
3. Röyal Şirinov
4. Gülay Həbibullazadə
5. Zəhra Ramizli
6. Ayxan Mürşüdlü
7. Ləman Əhmədzadə
8. Nəzrin Yusifova
9. Gülər Ənsərli
10. Nərmin Hacıyeva
11. Nuray Muradlı
12. Fərid Allahyarlı
13. Nigar Əkbərova
14. Səma Əzizli
15. Gündüz Mirzəzadə
16. Enes Hüseynli
Yüksək etimada layiq görülən BDU tələbələrini təbrik edir, onlara uğurlar arzulayırıq!

Geri qayıt