Əsas Səhifə > Güney Press > Rusiya Lvovu vurdu: ölü və yaralılar var

Rusiya Lvovu vurdu: ölü və yaralılar var


Dünən, 11:01

Rusiya ordusu Ukraynanın Lvov şəhərinə raket zərbələri endirib.

Axar.az xəbər verir ki, bu barədə Lvov meri Andrey Sadovıy məlumat verib.

Onun sözlərinə görə, zərbələr nəticəsində şəhərin bir neçə rayonunda elektrik enerjisi kəsilib, ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Şəhərdə bir neçə yaşayış evinin dağıdıldığı bildirilir.

“Sakinlərdən təhlükəsiz yerlərdə qalmalarını xahiş edirəm. Hazırda küçədə olmaq təhlükəlidir”, - mer bildirib.

Lvov vilayət administrasiyasının rəhbəri Maksim Kozitski isə bildirib ki, zərbələr nəticəsində 2 nəfər həlak olub, 3 nəfər yaralanıb.


Geri qayıt