Əsas Səhifə > Güney Press > ABŞ Trampın şəkli olan 1 dollarlıq sikkələr buraxmağa hazırlaşır

ABŞ Trampın şəkli olan 1 dollarlıq sikkələr buraxmağa hazırlaşır


Dünən, 11:46

ABŞ Maliyyə Nazirliyi prezident Donald Trampın təsviri olan 1 dollarlıq yeni sikkə buraxmağı planlaşdırır.

Bu barədə İqtisadiyyat.az "Fox Business"a istinadən xəbər verir.

Bu addım ABŞ-ın yaranmasının 250-ci ildönümü ilə əlaqədar planlaşdırılıb.

Layihəyə görə, sikkənin üzərində çox güman ki, Amerika bayrağı fonunda yumruq qaldırmış Donald Tramp təsvir olunacaq. Son dizayn hələ təsdiqlənməsə də, departamentin belə hallar üçün kolleksiya sikkələri buraxmaq üçün qanuni səlahiyyəti var.
Əlavə edək ki, xatirə sikkələrinin buraxılması ABŞ-də çoxdankı ənənədir. Tarixdə ən məşhur sikkə 1986-cı ildə Azadlıq Heykəli sikkəsi olub, təxminən 15,5 milyon nüsxə satılıb.

Geri qayıt