Əsas Səhifə > Güney Press > Ruslar soydaşımızı BELƏ QƏTLƏ YETİRDİ

Ruslar soydaşımızı BELƏ QƏTLƏ YETİRDİ


Dünən, 11:08

Donetsk vilayətinin Konstantinovka şəhərinin azərbaycanəsilli sakini, əslən Xaçmaz şəhərindən olan, 1968-ci il təvəllüdlü Abbasov Müzəffər Sabir oğlu Rusiyanın dron zərbəsi nəticəsində həlak olub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, dron M.Abbasov şəxsi avtomobilində gedərkən onun üzərinə düşüb.

Onun nəşi dəfn üçün Azərbaycana göndərilib.

M.Abbasov Ukrayna vətəndaşı olub, Konstantinovkada yaşayıb.

Qeyd edək ki, Konstantinovka şəhəri hazırda aktiv döyüş əməliyyatları zonasıdır.



Geri qayıt