Əsas Səhifə > Güney Press / Üst manşet > SOCAR işçilərinin MAAŞ PROBLEMİ: Rəhbərlik bunu görmür...

SOCAR işçilərinin MAAŞ PROBLEMİ: Rəhbərlik bunu görmür...


Bu gün, 13:00

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) faktiki işləyən muzdlu işçilərin (əmək müqaviləsi ilə) sayı ötən il 12 min 440 nəfər olub.
"DİA-AZ"
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu işçilərin 4 nəfərini əcnəbi və vətəndaşlığı olmayan şəxslər təşkil edib.
Qeyd edək ki, ötən il SOCAR şirkətində muzdlu işçilərə pul və natura formasında hesablanan əməkhaqqı fondu 327 milyon 914,6 min manat olub. Əməkhaqqı fondundan bir işçiyə düşən aylıq vəsait 2 min 197 manat olub.
Əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün hesablanan əməkhaqqı fondu isə 213,7 min manat təşkil edib. SOCAR-da əcnəbi və vətəndaşlığı olmayan bir işçiyə düşən aylıq məbləğ 4 min 450 manat olub.

"DİA-AZ" bildirir ki, əslində bütün bunlar məsələnin rəsmi tərəfidir və reallıqda SOCAR əməkdaşlarının böyük əksəriyyəti bu gün məhz maaşlarının aşağı olmasından, hazırki bahalıq şəraitində yetərsizliyindən gileylənir.

Bütün bunlar bir yana, o da faktdır ki, SOCAR işçilərinin maaşlarında 5 ildir ki, hansısa artım olmur və bu səbəbdən elə "DİA-AZ" olaraq dəfələrlə neft çalışanlarının narazılıqlarını ictimailəşdirmişik.

Aydın olanı budur ki, SOCAR işçiləri KAĞIZ ÜZƏIRİNDƏ kef edirlər, reallıqda isə az qala səfalətə doğru kurs götürüblər...


Geri qayıt