Əsas Səhifə > Güney Press / Araşdırma / Manşet > Elşad Həsənov bir ildir əl-qolunu yanına sallayıb durub: YƏNİ İŞ GÖRMÜR...
Elşad Həsənov bir ildir əl-qolunu yanına sallayıb durub: YƏNİ İŞ GÖRMÜR...Bu gün, 12:50 |
Yasamal rayon İcra Hakimiyyəti rayonda bir ildən çoxdur abadlıq və təmir-bərpa işləri aparmır. Tribunainfo.az xəbər verir ki, sakinlərin sözlərinə görə, Yasamalda uzun müddətdir səkilərdə qanunsuz tikintilər aparılır, yol kənarları avtomobil dayanacağı kimi istifadə edilir, boş ərazilər isə zəbt olunur. Sakinlərin iddiasına görə, hazırda rayonda yalnız ayrı-ayrı şirkətlər tərəfindən boş sahələrdə hündürmərtəbəli binalar tikilir. Bundan başqa, yeni yol salınmır, köhnə və bərbad vəziyyətdə olan yollar isə təmir edilmir.
Nəticədə, artıq bir ilə yaxındır ki, Yasamal rayonunda heç bir abadlıq, təmir-bərpa və quruculuq işləri aparılmır. Halbuki sakinlər dəfələrlə bu məsələlərlə bağlı icra hakimiyyətinə müraciət etdiklərini bildirirlər. Geri qayıt |