Əsas Səhifə > Güney Press > Bazarda "siftə" etməyən satıcı özünü söydü, CƏRİMƏLƏNDİ
Bazarda "siftə" etməyən satıcı özünü söydü, CƏRİMƏLƏNDİBu gün, 10:30 |
Ağdaş bazarında söyüş söyən satıcı cərimələnib. Lent.az xəbər verir ki, şəhər ərazisində yerləşən Ağdaş mərkəzi bazarında meyvə-tərəvəz satan 35 yaşlı Musa Məcidli (ad və soyad şərtidir) söyüş söydüyü üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, polisə tabe olmayıb. Hər iki əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis və hərbçiyə qəsdən tabe olmamağa görə) maddələri ilə protokol tərtib olunub. Ağdaş rayon Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə Musa Məcidli barəsində 535.1-ci maddəyə əsasən 150 manat inzibati cərimə təyin olunub. Geri qayıt |