Əsas Səhifə > Güney Press > "Qarabağ"a Çempionlar Liqasında növbəti mərhələ üçün neçə xal lazımdır?
"Qarabağ"a Çempionlar Liqasında növbəti mərhələ üçün neçə xal lazımdır?Bu gün, 10:27 |
"Qarabağ"ın uğuru hamının diqqətini cəlb edib. "DİA-AZ" Offsideplus.az-a istinadla xəbər verir ki, Ağdam təmsilçisi hazırda Çempionlar Liqasının ən böyük sürprizidir. Bəs Qurban Qurbanovun yetirmələrinə növbəti mərhələyə yüksəlmək üçün nə qədər xal lazımdır? Hesablamalara görə, "Qarabağ" 9 xal qazanarsa, ilk 24-lüyə düşmə şansı 37 faizdir. 10 xal toplansa, 90 faiz, 11 və ya 12 xal yığılsa isə, 100 faizdir. Bu barədə "Football Meets Data" portalı məlumat yayıb. "Qarabağ"ın növbəti matçları isə belədir: "Atletik" (səfər), "Çelsi" (ev), "Napoli (s), "Ayaks" (e), "Ayntraxt" (e), "Liverpul" (s). Geri qayıt |