Əsas Səhifə > Güney Press > Dövlətə xəyanətdə təqsirləndirilən qadın məmurun istintaqı bitdi

Dövlətə xəyanətdə təqsirləndirilən qadın məmurun istintaqı bitdi


Bu gün, 09:45

Dövlətə xəyanətdə təqsirləndirilən Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı Aşxen Arakelyanın işi üzrə istintaq tamamlanaraq məhkəməyə göndərilib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin məlumatında bildirilib.

Arakelyan hələ iyun ayında paytaxtın Zvartnots hava limanında saxlanılıb, lakin insidentlə bağlı məlumat ancaq avqustun sonunda ortaya çıxıb.

Xarici İşlər Nazirliyinin əməkdaşı romantik münasibətdə olduğu bildirilən xarici vətəndaşa həssas məlumatlar ötürüb. İstintaq Komitəsi Milli Təhlükəsizlik Xidmətindən daxil olmuş məlumat əsasında Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşına dövlətə xəyanətə şərait yaratdığına görə Cinayət Məcəlləsinin 418-ci maddəsinin 1-ci hissəsi və 424-cü maddəsinin 1-ci hissəsi ilə cinayət işi açılıb.


Geri qayıt