Əsas Səhifə > Güney Press > "MİDA" 2 milyon vergi borcu olan şirkətə 4 milyonluq

"MİDA" 2 milyon vergi borcu olan şirkətə 4 milyonluq


Bu gün, 11:57

“MİDA” MMC elan etdiyi tenderin nəticələrini açıqlayıb.

"DİA-AZ" xəbər verir ki, tender Yasamal-1 və Hövsan-1 yaşayış komplekslərində təmir işlərinin həyata keçirilməsi məqsədilə keçirilib.

Nəticəyə əsasən, tenderin qalibi “CMT Group” MMC (VÖEN: 1001879941) olub.

Qalib şirkətə 4 126 436 AZN ödəniş ediləcək.

Qeyd edək ki, “CMT Group” MMC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Eynar Hacı Vuqar oğludur. Hüquqi ünvanı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşir. Şirkətin vergi borcu 1 975 502 AZN təşkil edir.


Geri qayıt