Əsas Səhifə > Güney Press > "Qarabağ" "Kopenhagen"ə böyük hesabla uduzdu
"Qarabağ" "Kopenhagen"ə böyük hesabla uduzduDünən, 17:11 |
“Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında 2-ci tur oyununa çıxıb.
"DİA-AZ" qol.az-a istinadla xəbər verir ki, Rəşad Sadiqovun komandası Bakıda "Kopenhagen"lə (Danimarka) qarşılaşıb. "Azərsun Arena"da keçirilən matç saat 14:00-da başlayıb. Azərbaycan təmsilçisi 0:5 hesabı ilə acınacaqlı məğlubiyyətə uğrayıb.
“Kopenhagen”in qollarını Ankamafio (20-ci dəq.), Olsen (22), Dadason (28) və Frimpong (63, 79) vurublar. Bu nəticədən sonra hesabında 0 xalı olan “Qarabağ”ın U-19 komandası 35-ci yeri tutur.
Qeyd edək ki, “Qarabağ"ın U-19 kollektivi ilk turda səfərdə "Benfika"ya da ağır hesabla uduzmuşdu - 1:7.
Əlavə edək ki, bu gün “Qarabağ” və “Kopenhagen”in əsas komandaları Çempionlar Liqası yarışında üz-üzə gələcək.
Geri qayıt |