Əsas Səhifə > Güney Press > Ədalət Partiyasının sədr müavinləri məlum oldu

Ədalət Partiyasının sədr müavinləri məlum oldu


Dünən, 13:15

Ədalət Partiyasının Qurultaydan sonra Ali Məclisinin ilk iclası keçirilib. İclasda ilkin olaraq təşkilati məsələlərə baxılıb. Rahim Nuriyev Ali Məclisin sədri seçilib. Qüvvədə olan Nizamnaməyə görə Ali Məclisin sədri tutduğu vəzifəyə görə partiyada ikinci şəxs sayılır.
"DİA-AZ" xəbər verir ki, sonra Ali Məclisin komissiyalarının təşkili məsələsinə baxılıb. Komissiyaların tərkibinin formalaşdırılması və sədrinin seçilməsi növbəti iclasa saxlanılıb. 
Daha sonra Partiyanın sədri Mütəllim Rəhimli qurultaydan ötən müddət ərzində görülən işlər haqqında Ali Məclis üzvlərinə məlumat verib.
Ali Məclis partiya sədrinin təqdimatı əsasında onun müavinlərini və Siyasi Şuranın tərkibini təsdiq edib. Gündüz İsmayılov – hüquq məsələləri üzrə sədr müavini, Elman Bağırov – ideoloji məsələlər üzrə sədr müavini, Rafiq Əsədov – humanitar məsələlər üzrə sədr müavini, Çingiz Abbasov – sədrin müşaviri, Abbas Hünbətli – sədrin müşaviri və Siyasi Şura üzvləri, Əfqan Cəfərov – sədrin müşaviri vəzifələrinə təyin olunublar.


Geri qayıt