Əsas Səhifə > Güney Press > Xalq artisti Ramiz Quliyevin sabah xəstəxanadan evə buraxılması planlaşdırılır
Xalq artisti Ramiz Quliyevin sabah xəstəxanadan evə buraxılması planlaşdırılırDünən, 12:02 |
Xalq artisti Ramiz Quliyevin vəziyyətində müsbət dinamika davam edərsə, sabah evə buraxılması planlaşdırılır. Bunu APA-ya açıqlamasında Mərkəzi Gömrük Hospitalının şöbə rəisi Tural Sadıqov deyib. “Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabil olaraq qalır. Hemodinamik göstəricilər stabildir. Diurez adekvatdır. İnfeksion göstəricilərdə müsbət dinamika qeyd olunur. Huşu yuxuya meyillidir. Xəstədə müsbət dinamika davam edərsə, sabah evə buraxılması planlaşdırılır”, - o qeyd edib. Qeyd edək ki, Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Heydər Əliyev Fondu Xalq artistinin səhhətini nəzarətə götürüb. Geri qayıt |