"Diplomatik danışıqların ortasında bir ölkəni bombalamaq, ardınca da sülh təklifi irəli sürmək ağlasığmazdır. ABŞ fələstinlilərə qarşı soyqırımında, habelə bir çox dövlətə qarşı sistemli terrorçuluqda və təcavüzdə birbaşa iştirakçıdır", – İsmayıl Bəqayi vurğulayıb.
Xatırladaq ki, iyunun 13-də İsrail Hərbi Hava Qüvvələri İran ərazisindəki nüvə obyektlərinə aviazərbələr endirmiş, İranın cavab tədbirləri görməsi ilə iki ölkə arasında 12 günlük müharibə başlamışdı. ABŞ də İsrailə dəstək verərək hücumlara qoşulmuşdu. Nəticədə hər iki ölkənin ərazisində hədəfə alınan obyektlərdən əlavə bir çox mülki infrastruktura da ziyan dəymiş, yüzlərlə insan həyatını itirişdi. |
AzVision.az