Əsas Səhifə > Güney Press > Prezident Dövlət Xidmətinin hərbçilərini təltif edib
Prezident Dövlət Xidmətinin hərbçilərini təltif edibBu gün, 15:56 |
Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. APA xəbər verir ki, Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər: Məmmədzadə Kənan Kamil oğlu – polkovnik-leytenant Sanıyev Xalid Bəhmən oğlu – polkovnik-leytenant Şahmaliyev Vaqif Şaiq oğlu – polkovnik-leytenant Ağayev Vüsal Mirzağa oğlu – kapitan Mövlamov Füzuli Saleh oğlu – kapitan Musayev Mirvahid Mirələm oğlu – kapitan Şaliyev Şahin Eldar oğlu – kapitan Əliyeva Məsumə Teymur qızı – baş leytenant. Geri qayıt |