Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm” nəşriyyatı tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Yeniavaz.com xəbər verir ki, müsabiqənin qalibi “Halal-P” MMC (VÖEN – 1700184421) olub. Qeyd edək ki, “Elm” nəşriyyatı “Halal-P” MMC-dən 2025-ci il üçün nəşriyyat-mətbəə (poliqrafiya) malları alacaq və qarşılığında 8 milyon 628 min 462 manat ödəyəcək. Məlumat üçün bildirək ki, 8,6 milyon manatlıq tenderin qalibi olan “Halal-P” MMC 20 oktyabr 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 min manat olan MMC-nin qanuni təmsilçisi Cəfərova Səbinə Namət qızıdır.
Geri qayıt
|