Əsas Səhifə > Güney Press > Putin Moskvaya gələn Paşinyanı seçim qarşısında qoydu:
Putin Moskvaya gələn Paşinyanı seçim qarşısında qoydu:Bu gün, 11:49 |
“Ermənistan Baş naziri Nikol Paşinyan “Beynəlxalq Atom Həftəsi” Konfransında iştirak məqsədilə Moskvaya gedib”. Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra tərəfdaşlarının sayı azalıb: “Kreml bu görüntünü ortadan qaldırmaq üçün Rusiyada müxtəlif beynəlxalq tədbirlər keçirməyə çalışır. “Beynəlxalq Atom Həftəsi” də bu məqsədə xidmət edir. Rusiya Prezidenti Vladimir Putin tədbirə Nikol Paşinyanı da dəvət edib. Ermənistan baş naziri bu tədbirə qatılmaqla iki ölkə arasında münasibətlərin normal olduğunu göstərməyə çalışacaq. Çünki rəqibləri Paşinyanı Ermənistanın ənənəvi müttəfiqi Rusiyadan üz döndərərək Qərblə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməkdə ittiham edirlər. Nikol Paşinyan iyun ayında verdiyi açıqlamada Ermənistanın KTMT-dən çıxa biləcəyini söyləmişdi. Bu açıqlama Rusiyanın siyasi dairələrində narahatlıq yaradıb. Paşinyanın Avropa İttifaqına üzvlüklə bağlı açıqlamaları da Kremli narahat etməyə bilməzdi. Rusiya rəsmiləri Paşinyanı seçim qarşısında qoyublar: ya Avrasiya İqtisadi Birliyi, ya da Avropa İttifaqı. Ardınca Paşinyan Avropa İttifaqına üzvlüklə bağlı fikrini korrektə etdi və ölkəsinin Avrasiya İqtisadi Birliyində üzvlüyü davam etdirəcəyini söylədi”. Elxan Şahinoğlunun fikrincə, Paşinyan Ermənistanda parlament seçkilərinə qədər KTMT-dən çıxmaq mövzusunu donduracaq: “Əks halda Kreml Ermənistanı qarışdırmaq planını hərəkətə gətirəcək. Ona görə də, Paşinyan parlament seçkilərinə qədər Kremli qıcıqlandırmamağa çalışacaq. Onun Moskvada konfransa qatılması və Vladimir Putinin növbəti dəfə əlini sıxması da buna dəlalət edəcək”. Geri qayıt |