Əsas Səhifə > Güney Press > Daha bir ölkə Rusiyadan imtina edir:
Daha bir ölkə Rusiyadan imtina edir:Bu gün, 11:26 |
Bolqarıstan 2026-cı ildə Rusiya qazından imtina etmək niyyətindədir. “Cebheinfo.az” xəbər verir ki, bunu Baş nazir Rosen Jelyazkov bildirib. "Biz Avropa İttifaqının bir hissəsi olaraq qısa müddətdə - 2026-cı ildə Rusiya təbii qazının istifadəsi və ya tranziti üzrə müqavilələrin ləğvi ilə bağlı Avropa İtfaqının qərarlarına qoşulacağıq", - Jelyazkov bildirib. Bir gün əvvəl ABŞ Prezidenti BMT Baş Assambleyasında çıxışı zamanı Avropanı Rusiyadan enerji almağı dayandırmağa çağırıb və bu məsələni Avropa liderləri ilə müzakirə edəcəyinə söz verib. Trampın sözlərinə görə, Rusiyadan neft və qaz almağa davam edən ölkələr Putinin döyüş maşınını faktiki olaraq maliyyələşdirir. Aİ Ukraynaya qarşı müharibə başlayandan bəri Rusiya qazının idxalını kəskin şəkildə azaldıb, lakin Kremlin Avropadakı müttəfiqləri Macarıstan və Slovakiya Türkiyə ərazisindən keçən boru kəmərləri vasitəsilə Rusiya qazını almağa davam edir və bundan imtina etmək niyyətində deyil. Bolqarıstan Prezidenti Rumen Radev 2025-ci ilin fevralında bəyan edib ki, Bolqarıstan onu qismən Azərbaycandan təchizatla əvəz edib, lakin dolayı yolla Rusiya qazını almağa davam edib. Geri qayıt |