Əsas Səhifə > Güney Press > Şərqi Azərbaycanda yeni iş rejimi tətbiq olunur

Şərqi Azərbaycanda yeni iş rejimi tətbiq olunur


Bu gün, 10:00

İranın Şərqi Azərbaycan vilayətində dövlət qurumlarının iş rejimi ilə bağlı yeni qərar qəbul edilib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Bildirilir ki, enerji sərfiyyatına qənaət, idarəetmədə səmərəliliyin artırılması və su ehtiyatlarının düzgün idarə olunması məqsədilə hər həftənin cümə axşamı günləri bütün icra qurumları məsafədən (distant) fəaliyyət göstərəcəkdir.

Qərar əməliyyat, təcili yardım, səhiyyə, tibbi xidmət və xidmət göstərən digər qurumlara şamil olunmur.

Eyni zamanda bildirilib ki, şənbə–çərşənbə günləri dövlət idarələrinin iş vaxtı saat 07:00-dan 14:30-dək müəyyən olunub.

Qeyd edilir ki, bank və sığorta sahəsində fəaliyyət göstərən qurumların iş rejimi isə ölkə üzrə müvafiq Koordinasiya Şurasının qərar və təlimatlarına uyğun tənzimlənəcəkdir.

İcra qurumlarının rəhbərlərinə tapşırılıb ki, vətəndaşlara göstərilən xidmətlərdə fasilə və ya hər hansı gecikməyə yol verilməsin.


Geri qayıt