Əsas Səhifə > Güney Press > Bakıda iri işləri layihələndirən şirkətin mənfəəti azalıb, aktivləri kiçilib
Bakıda iri işləri layihələndirən şirkətin mənfəəti azalıb, aktivləri kiçilibBu gün, 16:43 |
Su və nəqliyyat infrastrukturunun layihələndirilməsi üzrə mühəndis mərkəzi “Hydrotrans – Engineering Mühəndislik Mərkəzi” MMC 2024-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb. "DİA-AZ" xəbər verir ki, ötən il şirkətin əsas əməliyyat gəliri 7,9 milyon manat təşkil edib. Bu, ötən ilə nisbətən 1,4 milyon manat (21,5%) artımdır. Satışın maya dəyəri 4,6 milyon manata yüksəlib. Bu da illik müqayisədə 911,8 min manat (24,8%) artım deməkdir. Nəticədə şirkətin ümumi mənfəəti 3,3 milyon manat olub. Bu, 2023-cü ildəki mənfəətdən 494,6 min manat (17,6%) çoxdur. Sair əməliyyat gəlirləri 71,6 min manat təşkil edib ki, bu da illik 25,1 min manat (54,6%) artım deməkdir. Hesabatın ən kəskin dəyişikliyi inzibati xərclərdə baş verib. Bu xərclər 1 milyon 22 min manata yüksələrək, ötən ilə nisbətən 957,6 min manat və ya 15,8 dəfə artıb. Bu amillərin birgə təsiri ilə əməliyyat mənfəəti 2,4 milyon manata enib. Bu, illik müqayisədə 437,8 min manat (15,7%) azalmadır. Müsbət hal kimi, maliyyə xərci 11,5 min manata düşüb, ümumilikdə isə illik 54,2 min manat (82,7%) azalıb. Nəticədə, şirkətin vergi qoymadan əvvəl mənfəəti 2,4 milyon manat təşkil edib. Bu da illik 1,1 milyon manat (32,8%) azalma deməkdir. Mənfəətin azalması ilə əlaqədar olaraq, mənfəət vergisi də 470,4 min manata bərabər olub, son bir il ərzində 229,9 min manat (32,8%) azalma qeydə alınıb. Bütün bunların yekununda, şirkət 2024-cü ili 1,9 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin nəticəsindən 919,4 min manat və ya 32,8% azdır. Şirkətin 2024-cü ildə 4,9 milyon manat cəmi aktivlərə malik olub. Bu, 2023-cü ilin sonu ilə müqayisədə 89,6 min manat (1,8%) azalma deməkdir Cəmi uzunmüddətli aktivlər 1,4 milyon manat təşkil edib. Bu da illik 115,6 min manat (7,6%) azalmadır. Əsas fondlar 40 min manata yaxınlaşıb. Uzunmüddətli debitor borcları isə 1,4 milyon manata enərək 142,4 min manat (9,4%) azalıb. Cəmi qısamüddətli aktivlər isə 3,5 milyon manata yüksəlib. Bu, illik 25,8 min manat (0,7%) artımdır. Ehtiyatlar 3,4 min manat təşkil edib ki, bu da illik 1,6 min manat (88,9%) artımdır. Qısamüddətli debitor borcları 2,3 milyon manata yüksələrək 103,4 min manat (4,7%) artıb. Pul vəsaitləri isə 1,1 milyon manat olub. Bu isə illik 123,8 min manat (9,9%) azalmadır. Cəmi öhdəliklər 2,0 milyon manat təşkil edib. Bu da illik 150,6 min manat (6,9%) azalma deməkdir. Cəmi uzunmüddətli öhdəliklər 1,3 milyon manat olub. Bu, illik 304,0 min manat (19,0%) azalmadır. Cəmi qısamüddətli öhdəliklər isə 153,4 min manat (25,9%) artımla 744,9 min manata yüksəlib. Cəmi xalis aktivlər (kapital) 2,9 milyon manat təşkil edib. Bu isə son bir ildə 61 min manat (2,2%) artım deməkdir. Nizamnamə kapitalı 716 min manat səviyyəsində dəyişməz qalıb. Bölüşdürülmüş mənfəət isə 2,9 milyon manata bərabər olub. Nəticədə, 2023-cü ilə nəzərən 61 min manat (2,2%) artıb. Geri qayıt |