Əsas Səhifə > Güney Press > Bakı səhiyyə xidmətlərinin səviyyəsinə görə dünyada sonunculardandır

Bakı səhiyyə xidmətlərinin səviyyəsinə görə dünyada sonunculardandır


Bu gün, 15:03

Dünyada səhiyyə xidmətlərinin ən yaxşı təşkil edildiyi şəhər Tayvanın cənub-qərbində yerləşən Qaosyun şəhəridir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat məşhur “Numbeo” portalında yer alan “Şəhərlər üzrə Səhiyyə İndeksi 2025” (“Health Care Index by City 2025”) adlı hesabatda yer alıb.
Bildirilir ki, səhiyyə indeksi hazırlanarkən şəhərdəki tibbi mütəxəssislər, avadanlıqlar, həkimlər və xərclər kimi əsas amillər nəzərə alınaraq səhiyyə sisteminin ümumi keyfiyyəti qiymətləndirilib.
Hesabatda qeyd olunur ki, 314 şəhərin yer aldığı siyahıda səhiyyə xidmətlərinin ən aşağı səviyyədə olduğu şəhər Suriyanın Dəməşq şəhəridir. Dəməşqdə səhiyyə xidmətlərinin səviyyəsi 100 ballıq şkalada 34,9 olub.
Hesabatda Azərbaycanın paytaxtı Bakı da yer alıb. Bakı səhiyyə xidmətlərinin səviyyəsinə görə 314 şəhər arasında 302-ci sırada qərarlaşıb. Bakının indeksi 48,2 olub.
Dünyada səhiyyə xidmətlərinin ən yaxşı və ən pis olduğu 10 şəhər, həmçinin region ölkələrinin paytaxtlarında səhiyyənin xidmətlərinin səviyyəsi belə olub:
Səhiyyə xidmətlərinin ən yüksək səviyyədə olduğu 10 şəhər:
1. Qaosyun (Tayvan) – 89,1;
2. Taypey (Tayvan) – 87,1;
3. Çianqmay (Tailand) – 85;
4. Makati (Filippin) – 85;
5. Utrext (Niderland) – 83,6;
6. Seul (Cənubi Koreya) – 82,9;
7. Rotterdam (Niderland) – 82,7;
8. Haaqa (Niderland) – 82,7;
9. Vyana (Avstriya) – 81,2;
10. Valensiya (İspaniya) – 81,2.


Region ölkələrinin paytaxt şəhərlərinin siyahıdakı yerləri:
46. Vilnus (Litva) – 76,1;
65. Tallin (Estoniya) – 73,6;
115. Ankara (Türkiyə) – 70;
151. Moskva (Rusiya) – 67,5;
154. Astana (Qazaxıstan) – 67,3;
171. Daşkənd (Özbəkistan) – 66,4;
243. Riqa (Latviya) – 60,4;
247. İrəvan (Ermənistan) – 60,1;
260. Kiyev (Ukrayna) – 58;
273. Tbilisi (Gürcüstan) – 55,7;
284. Tehran (İran) – 53,3.
289. Kişinyov (Moldova) – 51,8;
297. Minsk (Belarus) – 50;
302. Bakı (Azərbaycan) – 48,2;


Səhiyyə xidmətlərinin ən aşağı səviyyədə olduğu 10 şəhər:
305. Tirana (Albaniya) – 47,1;
306. Banya Luka (Bosniya və Herseqovina) – 46,8;
307. Rio-de-Janeyro (Braziliya) – 46,3;
308. Qahirə (Misir) – 45,8;
309. İsgəndəriyyə (Misir) – 45,3;
310. Kasablanka (Mərakeş) – 44,9;
311. Dəkkə (Banqladeş) – 39,7;
312. Karakas (Venesuela) – 38,7.
313. Bağdad (İraq) – 36,6;
314. Dəməşq (Suriya) – 34,9.


Geri qayıt