Əsas Səhifə > Güney Press > Ömürlük həbs də çıxış yolu deyil

Ömürlük həbs də çıxış yolu deyil


Bu gün, 14:52

“Bütün ailələrdə baş verən zorakılığın, cinayətlərin kökündə iqtisadi amillər dayanır. Qanunvericilikdə dəyişikliyin olmasını arzulayan insanlar daha yaxşı olardı ki, dərin araşdırmalar aparsın. Qadın cinayətlərinin kökündə nə dayanır?”

"DİA-AZ" xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib. O bildirib ki, cinayətkarın cinsi olmur:

“Bu məsələyə baxışlar müxtəlif ola bilər, amma insan haqlarını müdafiə edən biri kimi bildirim ki, cinayətkar cinayətkardır. Cinayətkarın cinsi olmur. Cəzalandırma zamanı cinsi müstəsnalığa ehtiyac yoxdur. Çox təəssüflər olsun ki, Azərbaycanda son vaxtlar bu sahədə fəaliyyət göstərən QHT-lərin araşdırmaları azalıb. Bütün ailələrdə baş verən zorakılığın, cinayətlərin kökündə iqtisadi amillər dayanır. Qanunvericilikdə dəyişikliyin olmasını arzulayan insanlar daha yaxşı olardı ki, dərin araşdırmalar aparsın. Qadın cinayətlərinin kökündə nə dayanır?" pizza mizza

Hüquq müdafiəçisi qeyd edib ki, cinayətkarın yaxud qurbanın kişi və ya qadın olması yox, səbəb araşdırılmalıdır:

“Mən düşünürəm ki, işsizlik, iqtisadi çətinliklər ailədaxili cinayətlərə təkan verən əsas amildir. Kəndlər işsizlikdən şəhərə çökür. Ailələrdə iqtisadi çətinlik məhz kişilərin işsizliyi ilə əlaqədardır. İşsiz qalan, ailəsinə çörək gətirə bilməyən kişi psixoloji olaraq həssaslaşır və hər xırda hadisədə sərt reaksiya verə bilir. Bu kimi problemlər aradan qaldırılmalıdır. Axır vaxtlar qadınlar da kişilərə qarşı cinayətlər törədir. Bu tendensiyada son zamanlar olduqca artıb. Bu daha pisdir. Əslində cinayətkarın yaxud qurbanın kişi və ya qadın olması yox, səbəb araşdırılmalıdır. Bəlkə başqa qanunlarda dəyişikliklərə ehtiyac var”.

Xatırladaq ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin ötən həftə keçirilən iclasında deputat Tamam Cəfərova qadın qətli törədənlərə ömürlük həbs cəzasının verilməsini təklif edib. Deputat bildirib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişikliyə yenə ehtiyac var.


Geri qayıt