Əsas Səhifə > Güney Press > Ermənistanda konstitusiya islahatı müzakirə olunur

Ermənistanda konstitusiya islahatı müzakirə olunur


Bu gün, 11:53

Ermənistanda bu gün Konstitusiya İslahatları Şurasının iclası keçirilir.

Bu barədə "Report" Ermənistan KİV-ə istinadən xəbər verir.

Ermənistan Ədliyyə Nazirliyi iclasın təfərrüatlarını açıqlamır.

Qeyd edək ki, Ermənistanda hakim "Vətəndaş müqaviləsi" partiyası ölkənin yeni konstitusiyasının qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.

Gözlənilir ki, partiya 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkilərində xalqın səsini qazandıqdan sonra ümumxalq referendumu yolu ilə yeni konstitusiyanın qəbul edilməsi prosesini başladacaq.


Geri qayıt