Əsas Səhifə > Güney Press > Nazirliyin 100 minə aldığı xalça NƏDİR?
Nazirliyin 100 minə aldığı xalça NƏDİR?Bu gün, 12:53 |
Xəbər verdiyimiz kimi, Xalq rəssamı Eldar Mikayılzadə müəllifi olduğu "On dörd məsum” xalçasını Mədəniyyət Nazirliyinə satıb. Alqı-satqı ilə bağlı nazirliklə Xalq rəssamı arasında müqavilə bağlanıb. Müqaviləyə əsasən, xalçanın qiyməti 100 min manat müəyyənləşib. Azərbaycanın tanınmış xalçaçı-rəssamı, dini-mənəviyyat mövzularda işlədiyi xalçları ilə məşhur olan Eldar Mikayılzadənin xalçası orijinallığı ilə seçilir. “Cebheinfo.az”-ın araşdırması göstərir ki, 2 x 1,74 metr ölçüdə olan xalça əslində "On dörd məsumun təvafı" adlanır. Təmiz yun və ipək materialından toxunub. Əsərin hazırlanmasına 2 il vaxt sərf edilib. Xalçanın dörd kənarında Qurani-Kərimdə Əhli-Beytə aid edilən ayələr toxunub. Həmçinin dörd mələyin öz vəzifələrinin icrasının təsviri verilib. 1956-cı il təvəllüdlü Eldar Mikayılzadə UNESCO yanında Rəssamlar Birliyinin üzvü və Azərbaycan manatının ilk eskizlərinin müəllifidir. O, "On dörd məsum” xalçasını 2001-ci ildə ərsəyə gətirib. Geri qayıt |