Əsas Səhifə > Güney Press > Müharibəyə Petrosyan, Köçəryan və Sərkisyan səbəb oldu
Müharibəyə Petrosyan, Köçəryan və Sərkisyan səbəb olduBu gün, 12:03 |
“Əldə edilmiş sülhü gözdən salmağa son qoymaq lazımdır”. Teleqraf xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanın sülhlə bağlı açıqlamalarını şərh edərkən deyib. Nazir keçmiş prezidentləri sülhdən yayınmaqda və bu səbəbdən müharibəyə səbəb olmaqda ittiham edib. “Danışıqlar prosesinin dalana dirənməsi, lazımi rəhbərliyin olmaması və Ermənistana illərlə davam edən təzyiq və asılı vəziyyətə son qoyacaq sülhə nail olmaq istənilməməsi 2020-ci il müharibəsinə gətirib çıxardı. Artıq əldə etdiyimiz sülhün üzərində dayanmalıyıq, yorulmuşuq. Bu gün Ermənistanın sərhədini qoruyan əsgərin anası kimi deyirəm: əldə etdiyimiz sülhü dəyərsizləşdirməyə son qoyun. Gəlin müzakirə edək və ya sızıldamaq üçün başqa mövzu tapaq”, - Avanesyan bildirib. Geri qayıt |