Əsas Səhifə > Güney Press > Azərbaycan Rusiyaya qarpız satışını
Azərbaycan Rusiyaya qarpız satışınıBu gün, 08:59 |
Azərbaycandan bu ilin yanvar-iyul aylarında Rusiyaya 13 min 771 ton qarpız ixrac edilib. "DİA-AZ" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, Rusiyaya ixrac edilmiş qarpızın dəyəri isə təxminən 6,4 milyon dollar olub. Son bir il ərzində ixracın həcmində 8 min 492 ton (2,6 dəfə), dəyərində isə 3,6 milyon dollar (2,3 dəfə) artım baş verib. Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayında isə Azərbaycan Rusiyaya 2,8 milyon dollar dəyərində 5 min 279 ton qarpız ixrac etmişdi. Bu ilin yanvar-iyul aylarının nəticələrinə görə Rusiyaya ixrac edilmiş qarpızın orta hesabla 1 tonunun dəyəri 791 manat (1 kq- 79 qəp.) olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 110 manat (12,2%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 901 manata (1 kq -90 qəp). bərabər olub. Geri qayıt |