Əsas Səhifə > Güney Press > Partiyadakı səs paylanması Paşinyanın arzuladığı formada olmayıb

Partiyadakı səs paylanması Paşinyanın arzuladığı formada olmayıb


Bu gün, 16:27

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası sentyabrın 20-də keçirilmiş qurultayında seçilmiş İdarə Heyətinin üzvlərinin yekun siyahısını dərc edib.
İlkin nəticələrlə müqayisədə dəyişikliklər olub.
Konkret olaraq Sasun Mikaelyan (“Yerkrapa” terror təşkilatının rəhbəri - red.) və Qarik Sərkisyan (Vedi meri) siyahıda yoxdur.
İdarə Heyətinə Baş nazir Nikol Paşinyanla yanaşı aşağıdakılar daxildir:
Gevorq Papoyan (iqtisadiyyat naziri), Suren Papikyan (müdafiə naziri), Hayk Koncoryan (hakim partiyanın parlament fraksiyasının rəhbəri), Vaaqn Aleksanyan (deputat), Arayik Arutyunyan (Baş nazir Administrasiyasının rəhbəri), Ruben Rubinyan (baş nazirin müavini), Romanos Petrosyan (“Elektrik Şəbəkələri” şirkətinin müvəqqəti rəhbəri), David Xudatyan (ərazi idarəetmə naziri), Alen Simonyan (parlamentin spikeri), Alxas Qazaryan (deputat), Arusyak Culhakyan (deputat), Vilen Qabrielyan (keçmiş deputat), Hasmik Akopyan (deputat), Qnel Sanosyan (baş nazirin nümayəndəsi), Tiqran Avinyan (İrəvan meri), Armen Xaçaturyan (parlamentin Müdafiə Komitəsinin sədr müavini), Nazeli Baqdasaryan (baş nazirin mətbuat katibi) və Arusyak Manavazyan (deputat).
Xatırladaq ki, Nikol Paşinyan qurultayda yenidən partiyanın sədri seçilib.
 
Siyasi şərhçi Kazım Kazımov Sherg.az-a deyib ki, sentyabr ayında Ermənistandakı hakim partiyanın qurultayında Nikol Paşinyanın partiya daxilindəki mövqeyinin daha da gücləndiyini gördük:
"41 nəfərlik idarə heyətinə seçilmə zamanı Paşinyan ən yüksək səsləri topladı. Ümumilikdə isə partiyada Paşinyanın yolunu daha çox izləyən şəxslərin üstünlük təşkil etdiyini müşahidə edirik. Burada bir sıra nüanslar var. Onlardan biri də Sasun Mikaelyanın seçilməməsidir. Sasun Mikaelyan Yerkrapa terror təşkilatının rəhbəri kimi kifayət qədər radikal mövqelərə sahib idi və işğalçı mövqeləri müdafiə edirdi. Hətta məlumdur ki, bir müddət əvvəl partiya rəhbərliyi tərəfindən ona töhmət verilmişdi. O, Qarabağ məsələsində Ermənistan hakimiyyətini “təslimçi” olmaqda ittiham edirdi. Halbuki əslində təslimçilikdən söhbət gedə bilməz. Azərbaycan ordusunun parlaq qələbəsi nəticəsində torpaqlarımız geri qaytarıldı və düşmən bütün gücü ilə bizə qarşı mübarizə apardı.
Digər tərəfdən, Qarik Sərkisyanın çıxışlarına və tutduğu xəttə baxdıqda, onun da Paşinyanın istədiyi nəticələri tam təmin etmədiyi görünür. Partiya səviyyəsində müəyyən uğur əldə olunsa da, səs paylanması Paşinyanın arzuladığı formada olmayıb. Qariksə qarşı son dönəmdə nəzakətli xəbərdarlıq xarakterli yanaşma müşahidə olunur. Ola bilsin ki, onu partiya işlərindən bir qədər aralı saxlayaraq inzibati fəaliyyətinə daha çox diqqət yetirməsi istənilir. Eyni zamanda bu da mümkündür ki, partiyanın gələcək səviyyəsində Paşinyan artıq onu yaxınında görmək istəmir".

Geri qayıt