Əsas Səhifə > Güney Press > Ermənistanın dövlət borcu 14 milyard dollara yaxınlaşır

Ermənistanın dövlət borcu 14 milyard dollara yaxınlaşır


Bu gün, 16:09

2025-ci ilin birinci yarımilində Ermənistanın dövlət borcu 5,3 trilyon dram (dollar ekvivalentində - 13,85 milyard dollar) təşkil edib.

"Report"un erməni KİV-lərinə istinadən məlumatına görə, bunu parlamentdə maliyyə naziri Vage Ovannisyan bildirib.

"Dövlət borcu ilin əvvəli ilə müqayisədə 4,5%, dollar ifadəsində isə 7,9% artıb", - deyə o qeyd edib.

Onun sözlərinə görə, hökumətin borcu 4,8% artıb, Mərkəzi Bankın borcu isə 2,2% azalıb.

Nazir həmçinin bildirib ki, dövlət borcu ÜDM-in 52%-nə bərabərdir.

Valyuta strukturuna görə - borcun 51%-i dramla, 49%-i isə xarici valyuta ilə ifadə olunub.


Geri qayıt