Əsas Səhifə > Güney Press > Tovuzda 64 yaşlı kişi döyülərək öldürüldü

Tovuzda 64 yaşlı kişi döyülərək öldürüldü


Bu gün, 04:58

Sentyabrın 18-də Tovuz rayonunun Əyyublu kəndində 1961-ci il təvəllüdlü Elxan Kərim oğlu Məmmədovun meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "DİA-AZ"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun kənd sakini, əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Yaşar Musa oğlu Qasımov tərəfindən döyülərək qəsdən öldürüldüyü müəyyən edilib.

Şübhəli şəxs Y.Qasımov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Geri qayıt