Əsas Səhifə > Güney Press > Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir

Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir


Bu gün, 14:50

ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyana təbrik məktubu göndərib.

Məktub Ermənistan Respublikasının müstəqilliyinin 34-cü ildönümü münasibətilə yazılıb.

“Cebheinfo.az” xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın təbrik məktubunda deyilir:

“Hörmətli cənab Baş nazir,

Amerika xalqı və şəxsən öz adımdan sizi və Ermənistan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Xalqlarımız arasında möhkəm əlaqələr və ortaq dəyərlər ölkələrimiz arasında sarsılmaz dostluğun təməlində qalır. Biz bu əlaqələri strateji tərəfdaşlığımız vasitəsilə gücləndirməyə davam edəcəyik ki, bu da hər iki ölkəni gücləndirəcək və enerji, süni intellekt, texnologiya, tranzit infrastrukturu kimi mühüm sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

Sülh yolunda nailiyyətlərimizi birlikdə qeyd etmək üçün 8 avqust 2025-ci ildə sizi qəbul etmək böyük şərəf idi. Biz Sizin Ermənistanla bağlı "Dünyanın kəsişməsi" və Trampın Beynəlxalq Sülh və Rifah Təşəbbüsü (TRIPP) kimi diqqətəlayiq baxışınızın tam potensialını həyata keçirməyi səbirsizliklə gözləyirik. Bu da bizim qarşılıqlı öhdəliyimizi simvolizə edəcək və nəzərəçarpacaq iqtisadi faydalar verəcək”.


Geri qayıt