Əsas Səhifə > Güney Press > ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq
ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaqBu gün, 00:44 |
ABŞ hökuməti öz ehtiyatlarını artırmaq üçün bəzi növ silahların Avropa ölkələrinə satışını dayandırır. "Report" xəbər verir ki, bu barədə "The Atlantic" jurnalı mənbələrə istinadən məlumat yayıb. Mənbələrin məlumatına görə, sentyabrın əvvəlində müdafiə nazirinin müavini Elbdridj Kolbi Dövlət Departamentinə bildirib ki, o, xarici ölkələrə müəyyən hərbi təchizatlara ehtiyac görmür. O, konkret olaraq, "Patriot" hava hücumundan müdafiə raket sistemlərinin Danimarkaya satılmasını bəyənmir, çünki ABŞ-nin özündə bu sistemlər kifayət qədər deyil. Mənbələr Pentaqonun çatışmayan silah sistemlərinin siyahısını tərtib etdiyini və onların Avropa müttəfiqlərinə satışını əngəlləməyi planlaşdırdığını təsdiqləyib. Qadağanın müddəti, siyahıdakı maddələrin sayı və onun genişləndirilməsi potensialı açıqlanmır. Geri qayıt |