Əsas Səhifə > Güney Press > İştirakçı olmadı, dövlət qurumunun tenderi
İştirakçı olmadı, dövlət qurumunun tenderiBu gün, 11:03 |
Mərkəzi Neftçilər Xəstəxanası-nın tenderi ləğv edilib. "DİA-AZ" xəbər verir ki, “Mərkəzi Neftçilər Xəstəxanası” PHŞ-nin havalandırma sisteminin təmiri üçün ehtiyat hissələrinin alışı və quraşdırılmasının satın alınması ilə bağlı elan etdiyi satınalma proseduru ləğv edilib. Tenderin ləğv edilmə səbəbi - satınalmada iştirak etmək üçün təchizatçıların sayının üçdən az olmasıdır. Bu səbəbdən “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən prosedur etibarsız sayılıb. Xatırladaq ki, ləğv olunan tender üzrə ehtimal olunan qiyməti 112 min 046 manat idi. Geri qayıt |