Əsas Səhifə > Güney Press / Ana xəbər > Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi...

Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi...


Bu gün, 17:50

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sabiq sədri Səhət İsa oğlu Həbibbəylinin ölkədən çıxışının qarşısı alınıb.

Bu haqda "Hürriyyət"ə etibarlı qaynaqlardan məlumat verilib.

Bildirilir ki, Səhət Həbibbəyli bir neçə gün əvvəl səhhətində yaranmış problemlə əlaqədar ölkəni tərk etmək istəyib. Lakin sərhəddə ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilib və geri qaytarılıb.

Mənbə deyir ki, sabiq Komitə sədri sərhədçilərə yüksək təzyiq və şəkər xəstəliyindən əziyyət çəkdiyini və xaricdə müalicəyə ehtiyacı olduğunu bildirsə də, "ölkədə müalicə alması üçün səhiyyəmizin yetərli imkanlara malik olduğu" onun diqqətinə çatıdırılıb.

Qeyd edək ki, S.Həbibbəyli Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, AMEA-nın keçmiş prezidenti, akademik İsa Həbibbəylinin oğludur.


Geri qayıt