Əsas Səhifə > Güney Press > Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib

Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib


Bu gün, 17:31

Azərbaycan Mərkəzi Bankı 11 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini bərpa edib.

"DİA-AZ" bu barədə AMB-yə istinadən xəbər verir.

Bununla bağlı qərar sentyabrın 18-də "Sığorta fəaliyyəti haqqında" qanuna əsasən qəbul olunub.

"Sığorta vasitəçilərinin fəaliyətinin bərpası onların lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırılması hesabına olub", - məlumatda qeyd olunub.


Geri qayıt