Əsas Səhifə > Güney Press > “Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın”

“Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın”


Bu gün, 15:25

“Fransada öz qanuni haqlarını tələb edən, sosial problemlərlə bağlı etirazını bildirən vətəndaşlara qarşı həddindən artıq güc tətbiq olunması insan hüquqlarının pozulması deməkdir. Bu özü özlüyündə anti-demokratik göstəricidir. Yaxşı olar ki, Fransa heç olmasa bu hadisədən sonra dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın, görsün ki, Fransada demokratiya varmı? Əlbəttə, bu cür davranışlar Fransada demokratiyanın sadəcə istismar alətinin pozulduğunun göstəricisi, demokratiya pərdəsi altında Fransa hökumətinin gizlənməsidir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

“Bu, əslində Fransa Prezidentinin, hökumətinin öz vətəndaşlarına qəddarca davranışının nümunəsidir. Məsələ bundadır ki, Fransa hakimiyyətinin, xüsusilə, Prezident Emmanuel Makronun anti-demokratik davranışlarını təkcə Fransanın koloniyası olan ölkələrdə görmürük. Etnik, dini mənsubiyyətinə görə Fransa vətəndaşlarına qarşı ikili standartlara söykənən davranışları, indiki hadisə kontekstində isə bütövlükdə Fransa vətəndaşlarının öz problemlərini dilə gətirmələri ilə bağlı azadlıqlarının məhdudlaşdırıldığını görürük. Bu isə Makron Fransasının mahiyyətinin göstəricisidir”, - deputat bildirib.


Geri qayıt