Əsas Səhifə > Güney Press > Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR
Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİRBu gün, 15:22 |
Oktyabrın 20-də, saat 11:00-da "Bank BTB" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov, 27 ünvanında yerləşən baş ofisində olacaq. Yığıncağın gündəliyinə kredit təşkilatının Müşahidə Şurasının tərkibinə baxılması daxildir. Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58 %-i isə Tükəzban Mahmudovaya məxsusdur. Geri qayıt |