Əsas Səhifə > Güney Press > Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır
Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılırBu gün, 15:16 |
Şəxsin iş yerində yıxılaraq ölməsi faktı ilə bağlı araşdırma aparılır. "DİA-AZ" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, sentyabrın 17-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində tikişçi işləyən Güllü Qədiməliyevanın müəssisə binasının 2-ci mərtəbəsində istifadə olunmayan boş otaqların birinə daxil olarkən döşəmənin sınması səbəbindən sonuncunun binanın birinci mərtəbəsinə beton səthə yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. Geri qayıt |