Əsas Səhifə > Güney Press > Paşinyan yolların açılmasından danışdı
Paşinyan yolların açılmasından danışdıBu gün, 12:47 |
“Bölgədə yolların açılmasından sonra Ermənistandan çıxan qatarlar Çinə qədər gedə biləcək”. Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Ermənistan və Çin arasında strateji tərəfdaşlığın formalaşması barədə danışan baş nazir qeyd edib: “Strateji tərəfdaşlıq o deməkdir ki, ölkələrimizin biznes sektoru, o cümlədən iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün müsbət siyasi təkan var. Bəli, məsafə və nəqliyyat məhdudiyyətləri var, amma ümid edirəm ki, regional kommunikasiyaların (yolların) açılması (ümid etmirəm, əminəm) bu problemlərin əhəmiyyətli hissəsini həll edəcək. Təsəvvür edin: yükü Ermənistanda qatarlara yükləmək və Çində boşaltmaq mümkün olacaq – bu, tamam başqa iqtisadi vəziyyətdir və bizim vəzifəmizdən biri də buna nail olmaqdır”. Geri qayıt |