Əsas Səhifə > Güney Press > Ağazaryan Sərkisyanın planı barədə:

Ağazaryan Sərkisyanın planı barədə:


Bu gün, 16:40

“Ermənistan Baş naziri Nikol Paşinyanı indiki halda impiçment etmək mümkün deyil”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Ovik Ağazaryan deyib.

“Müxalifətin öz təşəbbüsündə uğur qazanması çətindir. Mamicanyana hörmətlə yanaşırıq, amma yekə-yekə danışmağa ehtiyac yoxdur. Təşəbbüsün reallaşması üçün hakim “Vətəndaş Müqaviləsi” Partiyasından 19 deputatın bura qoşulması mümkün deyil”, - deputat bildirib.

Ağazaryan əlavə edib ki, baş naziri impiçment etmək üçün 54 imza lazımdır: “Bunun alınıb-alınmayacağını dəqiq söyləyə bilmərəm”.

Xatırladaq ki, parlamentdəki “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan dünən parlamentə Nikol Paşinyana etimadsızlıq bəyanatı layihəsi təqdim edəcəklərini, həmçinin bu mövzuda görüşlər keçirəcəklərini açıqlamışdı.

Təşəbbüsün müəllifi “Şərəfim var” fraksiyasının bağlı olduğu Respublika Partiyasının sədri, sabiq prezident Serj Sərkisyandır.


Geri qayıt