Əsas Səhifə > Güney Press > İran “Mossad agenti”ni dar ağacına göndərdi
İran “Mossad agenti”ni dar ağacına göndərdiBu gün, 11:32 |
İranda “Mossad casusu” olduğu iddia edilən Babək Şehbazi edam olunub. Yenisabah.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Şehbazi “sionist rejimlə casusluq və təhlükəsizlik əməkdaşlığına görə” mühakimə olunub və Ali Məhkəmə hökmü təsdiqlədikdən sonra bu gün edam cəzası icra edilib. Məlumata əsasən, telekommunikasiya, hərbi və təhlükəsizlik qurumlarına bağlı şirkətlərdə sənaye soyutma cihazlarının layihələndirilməsi və quraşdırılması sahəsində çalışan Şehbazi, İsrail kəşfiyyatçısı İsmayıl Fikri ilə tanışlıqdan sonra yüksək vəzifəli dövlət rəsmiləri və onların hərəkətləri barədə məlumat satmağı təklif edib. O, müqabilində ailəsi ilə birlikdə ABŞ-da daimi yaşayış icazəsi və 120 milyon dollar nağd və ya kriptovalyuta tələb edib. İran mediası yazır ki, 2024-cü ilin fevralında Mossad əməkdaşının təşəbbüsü ilə Şehbazi və Fikri Skype üzərindən israillilərlə əlaqə saxlayaraq onlara məlumat ötürüblər. Sonrakı mərhələdə isə Şehbazi “Sami Benjamin Michael” kod adlı Mossad nümayəndələri ilə təmas qurub və onlardan xüsusi təlim keçib. Mossad agenti kimi təqdim edilən İsmayıl Fikri həbs olunduqdan sonra Şehbazi də yaxalanıb. Onun istintaq zamanı etiraflar verdiyi bildirilib. İran məhkəmə orqanları Şehbazinin casusluq fəaliyyətini sübuta yetirdiyini açıqlayıb. Geri qayıt |