Əsas Səhifə > Güney Press > Gürcüstan Azərbaycana olan borcunu tam ödədi
Gürcüstan Azərbaycana olan borcunu tam ödədiBu gün, 10:08 |
Gürcüstan Azərbaycana 585 min ABŞ dolları həcmində borcunu tam ödəyib. Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib. Sentyabrın 1-nə olan məlumata əsasən, Gürcüstan Azərbaycan qarşısındakı borcunu bütövlükdə bağlayıb. Azərbaycanla yanaşı Gürcüstan Türkiyə (1,139 milyon ABŞ dolları), Qazaxıstan (636 min ABŞ dolları), Ermənistan (516 min ABŞ dolları) və İrana (427 min ABŞ dolları) olan borclarını da ödəyib. Hazırda qonşu ölkənin ümumi xarici dövlət borcu 9,1 milyard ABŞ dolları təşkil edir ki, bunun da 8,7 milyard ABŞ dolları hökumətin payına düşür. Geri qayıt |