Əsas Səhifə > Güney Press > Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir

Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir


Bu gün, 11:00

“Caspian Galaxy” MMC-nin fəaliyyətinə xitam verilərək “Baku İnternational Tobacco” MMC-yə qoşulduğunu elan edir.

Banker.az xəbər verir ki, bu şirkətlərin verdikləri elanlarda bildirilir.

Bildirilib ki, bundan sonra “Caspian Galaxy” MMC-nin hüquq və vəzifələri “Baku İnternational Tobacco” MMC-yə keçir. “Baku İnternational Tobacco” MMC “Caspian Galaxy” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğu barədə elan edir.

Xatırladaq ki, “Caspian Galaxy” şirkəti Azərbaycanda “Bakı”, “Azəri”, “Şirvan”, “Freedom” və “Astra” markalarının Azərbaycanda siqaret markaları kimi qeydiyyatdan keçirmişdi.

Şirkət qeyri-ərzaq mallarınının satışı ilə məşğul olur və ölkənin 9 bölgəsində satış nöqtələrinə malikdir. “Caspian Galaxy” MMC 2011-ci ildə Vüqar Hüseynov tərəfindən təsis edilib. Şirkətə 2016-cı ildən rəhbərlik Qasımov Tural İsmayıl oğluna həvalə edilib.

“Baku International Tobacco” MMC (Bakı Beynəlxalq Tütün MMC) Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən və Zaqafqaziyanın ən böyük tütün məmulatları istehsalçısı olan bir şirkətdir. 1924-cü ildən fəaliyyət göstərən bu zavod, ölkənin siqaret istehsalında mühüm rol oynayır. Şirkət, siqaret istehsalının yanında, tütün, kağız, alüminium folqa və digər əlaqəli materialların idxalı ilə də məşğuldur. Şirkətin 15 milyon 187 min manat nizamnamə kapitalı var.


Geri qayıt