Əsas Səhifə > Güney Press > Bakıda mərasim evlərində ehsan yeməyi

Bakıda mərasim evlərində ehsan yeməyi


Bu gün, 17:08

Məlum olduğu kimi, son zamanlar bölgələrdə yeməkli ehsanların ləğvi ilə bağlı addımlar atılır.

Lakin paytaxt Bakıda bu ənənənin hələ də davam etdiyi müşahidə olunur. Qeyd edək ki, keçən həftə Fatmayı kəndinin sakini ehsan süfrəsi açmaq əvəzinə kəndin yolunu düzəltdirib.

Məsələ ilə bağlı “Cebheinfo.az” əməkdaşı “Zəm-zəm” mərasim evi ilə əlaqə saxlayıb və yeməkli ehsan süfrələrinin sayında azalma olub-olmadığını öyrənib.

Qeyd olunub ki, mərasim evində yeməkli ehsanlar hələ də davam edir:

“Bəli, yeməkli ehsanlar hələ də verilir. Verən də olur, verməyən də. Yəni bu, tamamilə ev sahibinin istəyindən asılıdır. Amma əvvəlkinə nisbətən müəyyən azalma müşahidə olunur. Bizdə menyu təqdim olunmur, sadəcə məkanı icarəyə veririk. Ev sahibi özü necə istəyirsə, elə də təşkil edir”.


Geri qayıt