Əsas Səhifə > Güney Press > İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanırBu gün, 09:36 |
Renoir Consulting LLC Şirkətinin AR filialı (VÖEN: 1403945931) ləğv olunduğunu elan edir."DİA-AZ" xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 64, mənzil 13 ünvanına bildirə bilərlər. Qeyd edək ki, bu filial 27 sentyabr 2017-ci ildən dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Ranganthan Ganeshdir. Renoir Consulting LLC beynəlxalq menecment konsultasiya şirkətidir. Şirkət 1994-cü ildə qurulub. Fəaliyyət istiqaməti əməliyyatların optimallaşdırılması, rəqəmsal transformasiya və korporativ idarəetmə sahələridir. Baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir. Geri qayıt |