Əsas Səhifə > Güney Press > Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq:
Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq:Bu gün, 17:16 |
Son dövrlər Azərbaycanda avtomobil alqı-satqısı ilə bağlı yeni bir dələduzluq növü yayılıb. Sosial şəbəkələrdə və vətəndaşların şikayətlərində bu barədə ardıcıl məlumatlar paylaşılır.İddialara görə, dələduzlar avtomobili “generalnaya doverennost” yolu ilə alırlar. Daha sonra isə bir neçə saat içində satıcı ilə əlaqə saxlayaraq müxtəlif bəhanələrlə avtomobili geri qaytarmaq istədiklərini bildirirlər. Əgər satıcı buna razılaşmasa, onu müxtəlif yollarla təhdid edirlər. Satıcıların sözlərinə görə, bu qısa müddət ərzində avtomobillərin orijinal ehtiyat hissələri dəyişdirilərək köhnə və ya ucuz hissələrlə əvəz olunur. Yəni satıcı avtomobili geri aldıqda artıq əvvəlki vəziyyətində olmur və maddi zərərə düşür. Problemin kökü nədədir? “Generalnaya doverennost” vasitəsilə avtomobilin satılması hüquqi cəhətdən tam mülkiyyət hüququnu qarşı tərəfə ötürmür. Bu, sadəcə etibarnamə formasında idarəetmə və istifadə səlahiyyəti verir. Belə olduğu halda həm satıcı, həm də alıcı qanun qarşısında risk altında qalır. Ekspertlər bildirirlər ki, məhz bu boşluqdan istifadə edən dələduzlar insanları tələyə salır. Mütəxəssislər və hüquqşünaslar belə halların qarşısını almaq üçün vətəndaşlara bir neçə əsas məsləhət verirlər:
Avtomobil bazarında aldatma üsulları hər keçən gün dəyişir və vətəndaşların bu hallara qarşı daha diqqətli olması vacibdir. Ekspertlər xüsusilə vurğulayırlar ki, etibarnamə ilə satış hüquqi baxımdan zəif mexanizmdir və həm satıcı, həm də alıcı üçün ciddi risklər yaradır. Avtomobil alqı-satqısında yeganə təhlükəsiz yol rəsmi müqavilə bağlamaqdır. Bizimyol.info Geri qayıt |