Əsas Səhifə > Güney Press > “Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib

“Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib


Bu gün, 17:57

“Sea Breeze” layihəsinə yaxın daha bir yeni şirkət təsis edilib.

Banker.az xəbər verir ki, bu “Sea Breeze Marina 2” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirkət Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhəri Sabunçu rayonu Ev.32x, Nardaran-Ləhiş yolunun 300 metrliyində qeydiyyata alınıb.

Onun nizamnamə kapitalı 1 000 manatdır və direktoru Arad Tevakoldur.

Hazırda bu ada yaxın iki şirkət var. Bunlar “Sea Breeze Marina” MTK və “Sea Breeze Marinas” MMC-dir.

“Sea Breeze” 2006-cı ildə Emin Ağalarov tərəfindən təsis edilib. “Sea Breeze” kurort şəhəri Xəzər dənizinin sahilində, Bakının mərkəzindən 30 dəqiqəlik məsafədə yerləşir. 500 hektar sahədə artıq 1,5 milyon kvadratmetrdən çox kommersiya obyekti və mənzillərdən ibarət daşınmaz əmlak satılıb və istifadəyə verilib. İstirahət zonaları, parklar və çimərlik üçün 150 hektardan çox ərazi ayrılıb.

Bu gün daha 1,5 milyon kvadratmetr sahə reallaşdırma mərhələsindədir və yaxın vaxtlarda daha 2 milyon kvadratmetr sahənin tikintisinə başlanılacaq. Üç il ərzində layihənin ümumi sahəsi 5 milyon kvadratmetrdən çox təşkil edəcək və 100 min daşınmaz əmlak obyekti tikilib istifadəyə veriləcək. Sakinlərin və turistlərin ümumi sayı 300 min nəfərə çatacaq, iş yerlərinin sayı isə 20 minə qədər artacaq. Hazırda burada 6560 nəfər işlə təmin olunub. Layihəyə qoyulan investisiyalar 7 milyard dollar təşkil edir.


Geri qayıt