Əsas Səhifə > Güney Press > "Buna ciddi ehtiyac var"

"Buna ciddi ehtiyac var"


Bu gün, 17:37

"Elm və Təhsil Nazirliyinin bu gün keçirilən brifinqi bir daha sübut etdi ki, Azərbaycanda təhsil mediasının formalaşmasına ciddi ehtiyac var". "DİA-AZ" xəbər verir ki, bu barədə təhsil eksperti Məzahir Məmmədli özünün "facebook" hesabında paylaşım edib.
O daha sonra bildirib: "Nazirə verilən suallardan açıq görünür ki, təhsil kimi strateji sahəyə mediada hələ də yanaşma səthi qalır. Necə ki redaksiyalarda idman yazarları, mədəniyyət yazarları, iqtisadiyyat yazarları var, eləcə də təhsili anlayan, bu sahədə qanunvericiliyi izləyən, terminologiyanı bilən, problemləri araşdıra bilən jurnalistlər olmalıdır.
Təhsil sahəsində baş verənləri dərk etmədən, qanunları oxumadan, sadəcə brifinqdən sitat paylaşmaqla informasiya ötürmək mümkün deyil. Peşəkar təhsil jurnalistikasına ehtiyac bu gün, bəlkə də heç vaxt olmadığı qədər aktuallaşıb.
Məncə bu sahədə kimsə təşəbbüsü götürməli, təlimlər, seminarlar təşkil etməlidir".

Geri qayıt