Əsas Səhifə > Güney Press > Paşinyanın partiyası qurultaya gedir

Paşinyanın partiyası qurultaya gedir


Bu gün, 09:43

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası sentyabrın 20-də keçiriləcək qurultaya hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə partiyanın lideri, Ermənistan Baş naziri Nikol Paşinyan məlumat verib.

“Qurultaya hazırlaşırıq”, - baş nazir sosial media hesabında yazıb.

Paşinyanın partiyasının redaktə edilmiş nizamnaməsini də təqdim edib. Qurultayın gündəliyindəki məsələlərdən biri də yeni redaktə olunmuş nizamnamənin təsdiqlənməsidir.

Qurultaydan sonra hakim partiyada ciddi dəyişikliklərin olacağı gözlənilir. Ermənistan KİV yazır ki, 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərində növbəti qələbəsini rəsmiləşdirmək istəyən Paşinyan buna bəri başdan nail olmaq üçün komandasını böyük ölçüdə “təmizləyəcək”.


Geri qayıt