Əsas Səhifə > Güney Press > Gəncə İdman Sarayında tikinti işlərinin davamına

Gəncə İdman Sarayında tikinti işlərinin davamına


Bu gün, 09:34

Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə İdman Sarayının tikinti-quraşdırma işlərinin davam etdirilməsi ilə podratçı şirkətlə imzaladığı müqaviləni uzadıb.

İqtisadiyyat.az xəbər verir ki, icra hakimiyyəti ilə “Rövşən Oğuz Qrup” şirkəti ilə yeni müqavilə imzalanıb. Bu müqaviləyə əsasən, tikinti-quraşdırma işlərinin davamına daha 377.390 manat vəsait xərclənəcək.

Xatırladaq ki, bundan əlavə indiyədək isə icra hakimiyyəti sözügedən şirkətlə Gəncə İdman Sarayı üçün avadanlıqların və tikinti-quraşdırma işlərinin (o cümlədən avadanlıqların quraşdırması, işə baxılması və sınaq işlərinin aparılması) satınalması ilə bağlı 28,3 milyon manat dəyərində müqavilə bağlanılıb.


Geri qayıt