Əsas Səhifə > Güney Press > Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR
Müğənniyə qarşı QULDURLUQ ETDİLƏRBu gün, 09:22 |
Bakıda müğənni Elçin Zəkaya qarşı quldurluq etməkdə təqsirləndirilən Hökumə Əşrəfzadə, onun bacısı Rəhimə Əşrəfzadə, Heydər Əkbərov və Zeynal Yusifovun barəsindəki qərardan kassasiya şikayəti verilib. "DİA-AZ" pravdaaz-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmədə araşdırılacaq.
Qeyd: Hadisə 2023-cü ilin iyununda paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.3-cü (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) və 326.2-ci (vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham irəli sürülüb. Geri qayıt |